Dalot "Mançester Yunayted"i tərk edəcək
"Mançester Yunayted"in portuqaliyalı futbolçusu Dioqo Dalot mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Dalotla "Real Madrid" və "Bavariya" klubları yaxından maraqlanır.
Qeyd edək ki, 25 yaşlı müdafiəçinin "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm çıxış etdiyi 44 matçda 2 qol və 3 asistlə yadda qalıb.
Dalot 2020-ci ilin yayında "Porto"dan "Mançester Yunayted"ə 22 milyon avro qarşılığında transfer olmuşdu.