Dani Kintana sıraya nə vaxt qayıdacaq?
Uzun fasilədən sonra "Qarabağ"ın heyətinə qayıdan Dani Kintana daha 3 həftə komandasına kömək edə bilməyəcək. Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi” ilə Azərbaycan Premyer Liqasının ilk tur matçının 86-cı dəqiqəsində zədələnən yarımmüdafiəçi MRT müayinəsindən keçib. 30 yaşlı futbolçunun əzələsinin dartılması müəyyənləşib. O, təxminən 3 həftə sonra məşqlərə start verəcək.
Qeyd edək ki, Dani Kintana fevralda zədələnərək, 6 ay yaşıl meydanlardan kənar qalmışdı.