Darvin Nunyesin yeni klubu bilinib
“Əl Hilal” Darvin Nunyesin transferi eləməyə çox yaxındır.
Sportline.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi ilə “Liverpul” arasında şifahi razılaşmanın artıq əldə olunduğu bildirilir.
İnsayder Fabrizio Romanonun məlumatına görə, klublar transfer şərtlərini razılaşdırıblar və indi danışıqlar hücumçunun şəxsi razılaşması üzərində cəmlənib.
Transfer hələ rəsmiləşməsə də, yekun qərar artıq Nunyesin özünə məxsusdur.