Daun sindromlu azarkeşə gözəl jest
Uruqvay Premyer Liqasının 12-ci turunda "Plaza Koloniya" - "Penyarol" matçından (0:1) sonra maraqlı anlar yaşanıb.
Sportline.az xəbər verir ki, qonaq komandanın qolkiperi Kevin Deyvson ev sahiblərinin daun sindromlu fanatının xahişini yerinə yetirib. O, qapıya keçərək azarkeşin penalti vurmasına şərait yaradıb. Topu qapı xəttindən keçirən fanat isə sevincini digər azarkeşlərlə bölüşüb.
Həmin anların videogörüntüsünü təqdim edirik: