DÇ-2016: Argentina çempion!

Kolumbiyada keçirilən futzal üzrə Dünya çempionatına yekun vurulub. SportLine.az xəbər verir ki, həlledici görüşdə Rusiya və Argentina milliləri üz-üzə gəlib. Gərgin mübarizənin sonunda qalib gələn cənubi amerikalılar dünya çempionu adına yiyələniblər. 

Qeyd edək ki, penaltilər seriyasında Portuqaliyanı məğlub edən İran futzalçıları bürünc mükafata sahib çıxıblar.

01 oktyabr 2016
Futzal, Dünya çempionatı
3-cü yer uğrunda oyun

İran – Portuqaliya – 2:2 (pen. – 4:3)
Qollar:
 Kazemi, 26, Cavid, 36 – Kardinal, 21, 21

FİNAL

Rusiya - Argentina - 4:5
Qollar: 
Eder Lima, 15,23; 21,18, 39,41; Liskov, 38,56 - Vaporaki, 15,49; 38,19, Kuzzolino, 19,32, Brandi, 21,35; 22,33