DÇ-2026: Cənubi Koreya Çexiyadan üstün oldu

Futbol üzrə dünya çempionatında A qrupunun Cənubi Koreya - Çexiya görüşü baş tutub.

Sportline.az xəbər verir ki, Qvadalaxara stadionunda keçirilən matçda asiyalılar 2:1 hesablı əzmkar qələbə qazanıblar.

Hesabı çexlər açıblar. 59-cu dəqiqədə Ladislav Kreyçiy başla dəqiq oynayıb. Lakin özündə güc toplayan Cənubi Koreya seçməsi Hvan İn Bom (67) və O İn Qyunun (80) qolları ilə qalib gəlib.

Qeyd edək ki, qrupun və DÇ-2026-nın açılış matçında Meksika Cənubi Afrika Respublikası (CAR) millisinə 2:0 hesabı ilə qalib gəlib.

Banner