DÇ-2026-da 1/16 finalın 5 cütü məlumdur
Dünya çempionatının üçüncü turunda Fransa millisi Norveçi 4:1 hesabı ilə məğlub etməklə qrup lideri kimi pley-offa adlayıb.
Sportline.az xəbər verir ki, Didye Deşamın komandası 1/16 finalda qrup üçüncülərindən biri ilə üz-üzə gələcək.
İ qrupunda ikinci yeri tutan Norveçin isə 1/16 finaldakı rəqibi məlumdur. Skandinaviya təmsilçisi 1/8 final uğrunda Kot d'Divuarla üz-üzə gələcək.
Bu ana qədər mundialda 1/16 finalın 5 cütü artıq müəyyənləşib:
CAR - Kanada
Braziliya - Yaponiya
Kot d'Divuar - Norveç
Niderland - Mərakeş
ABŞ - Bosniya və Hersoqovina
Bu 10 komandadan başqa, Meksika, İsveçrə, Avstraliya, Almaniya, Ekvador, İsveç, Fransa, Argentina və Kolumbiya da 1/16 finala vəsiqə qazanıblar.
Qeyd edək ki, mundialda 1/16 final mərhələsinin oyunlarına iyunun 28-də start veriləcək.