DÇ-2026-da günün oyunları və nəticələr

14 iyun tarixində DÇ-2026-nın qrup mərhələsi çərçivəsində 4 matç keçirilir.

Sportline.az xəbər verir ki, Türkiyə millisi də bu gün mundialda mübarizəyə başlayacaq. 

Vinçenso Montellanın komandası D qrupunda Avstraliya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 08:00-da başlayacaq. Beləliklə, qardaş ölkənin millisi 24 il sonra ilk dəfə dünya çempionatında oyuna çıxacaq.

C qrupunda isə Braziliya Mərakeşlə üz-üzə gəlib (1:1). Haiti Şotlandiya ilə qarşılaşıb. E qrupunda isə Almaniya yığması Kürasaonu sınağa çəkəcək.

14 iyun

C qrupu

02:00. Braziliya – Mərakeş  - 1:1

Qollar: İsmael Saybari, 21 (0:1),  Vinisius Junior, 32 (1:1)

05:00. Haiti – Şotlandiya - 0:1

Qol: Con Makqin, 28

 

 

D qrupu

08:00. Avstraliya – Türkiyə

13 iyun

ABŞ - Paraqvay - 4:1

 

 

E qrupu

21:00. Almaniya – Kürasao

15 iyun

03:00. Kot-d`İvuar - Ekvador

 

 

 

 

Banner