DÇ-2026: Günün oyunları
DÇ-2026-da 1/16 final mərhələsi davam edir.
Sportline.az xəbər verir ki, bu gün daha 3 görüş keçiriləcək.
Əvvəlcə Portuqaliya və Xorvatiya milliləri üz-üzə gələcək. Bu cütün qalibi 1/8 finalda İspaniyaya rəqib olacaq.
Digər oyunda İsveçrə Əlcəzairlə qarşılaşacaq. Cütün qalibi 1/8 finalda Kolumbiya-Qana cütünün güclüsü ilə üz-üzə gələcək.
Günün son matçında isə Avstraliya və Misir yığmaları qarşılaşacaq. Bu cütün qalibi 1/8 finalda Argentina - Kabo Verde cütünün qalibinə rəqib olacaq.
3 iyul
DÇ-2026
1/16 final
03:00 Portuqaliya – Xorvatiya
07:00 İsveçrə – Əlcəzair
22:00 Avstraliya – Misir