DÇ-2026: ilk 1/8 finalçı müəyyənləşdi

DÇ-2026-da 1/16 final mərhələsinə start verilib.

Sportline.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.

Cənubi Afrika Respublikası (CAR) və Kanada milliləri üz-üzə gəlib.

Kanada millisi 90+2-ci dəqiqədə vurulan qolla 1:0 hesablı qələbə qazanıb və tarixində ilk dəfə  1/8 finala yüksəlib.

Kanada millisi 1/8 finalda Niderland - Mərakeş cütünün qalibi ilə qarşılaşacaq.

28 iyun

DÇ-2026

1/16 final

23:00.CAR - Kanada - 0:1

Qol: Stivin Euştakiu, 90+2

Banner