DÇ: Azərbaycan millisi Çinə məğlub oldu

Yaponiyada qadın voleybolçuların Dünya çempionatı davam edir. SportLine.az xəbər verir ki, bu gün 2-ci mərhələnin 2-ci turunun görüşləri keçiriləcək.

Ötən gün İtaliyaya uduzan Azərbaycan komandası, bu dəfə Çinlə münasibətləri aydınlaşdıracaq. 

Qarşılaşma Bakı vaxtı ilə saat 11:10-da start götürəcək.


08 oktyabr 2018
Voleybol, Dünya çempionatı
2-ci mərhələ, 2-ci tur

Çin - Azərbaycan - 3:0 (25:17 | 25:16 | 25:17)