DÇ: Azərbaycan Taylanda məğlub oldu

Yaponiyada qadın voleybolçuların Dünya çempionatı davam edir. SportLine.az xəbər verir ki, bu gün qrup mərhələsində mübarizə yekunlaşacaq. 

"C" qrupunda mübarizə aparan Azərbaycan seçməsi son oyununda Taylandla qarşılaşıb. Asiya təmsilçisinə 4 setdə uduzan Faiq Qarayevin komandası qrup mərhələsini 4-cü pillədə tamamlayıb. Bu nəticə növbəti mərhələyə yüksəlməyə imkan verib. 

04 oktyabr 2018
Voleybol, Dünya çempionatı
"C" qrupu, 5-ci tur

Tayland - Azərbaycan - 3:1 (25:22 | 15:25 | 25:19 | 25:17)

Standings provided by Sofascore LiveScore