DÇ:2022-nin rəmzi komandası açıqlandı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Qətərdə keçirilən dünya çempionatının simvolik “11-liy”ini açıqlayıb.
Sportline.az xəbər verir ki, rəmzi komandada 4 millinin futbolçuları yer alıb.
Finalçılar Argentina və Fransa, həmçinin, yarımfinala qədər irəliləyən Mərakeş millisi 3, bürünc mükafata layiq görülən Xorvatiya seçməsi isə 2 oyunçu ilə təmsil olunub.
Xatırladaq ki, ötən gecə baş tutan Argentina - Fransa oyununun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər hərəyə daha bir dəfə fərqləniblər. Hesab 3:3 olduğundan penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (4:2) argentinalılar 3-cü dəfə dünya çempionu olublar.
Qapıçı: Emiliano Martines (Argentina);
Müdafiəçilər: Əşrəf Hakimi, Romen Saiss (hər ikisi Mərakeş), Yoşko Qvardiol (Xorvatiya), Teo Hernandes (Fransa);
Yarımmüdafiəçilər: Sofyan Amrabat (Mərakeş), Luka Modriç (Xorvatiya), Antuan Qrizmann (Fransa);
Hücumçular: Lionel Messi, Xulian Alvares (hər ikisi Argentina), Kilian Mbappe (Fransa).