De Byazi: "Müqavimət göstərməyə gücümüz var"

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Şimali Makedoniya seçməsinə qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Rəqib yaxşı komandadır. Onların keyfiyyətli oyunçuları var”.

66 yaşlı mütəxəssis makedoniyalı bəzi futbolçuların Avropa klublarında çıxış etdiyini xatırladıb:

“Onların İtaliya seçməsi ilə matçını futbolçulara göstərmişəm. Sabah ağıllı oyuna üstünlük verməliyik. Bu komandaya qarşı yaxşı müqavimət göstərmək üçün gücümüz var".

Sabah baş tutacaq Şimali Makedoniya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.