Luis de la Fuente: "Belə görüşlərdə meydan amili çox da rol oynamır"

Bu gün Avropa çempionatında 1/4 final mərhələsinə start verilir.

Sportline.az xəbər verir ki, günün ilk görüşündə Almaniya və İspaniya milliləri münasibətləri aydınlaşdıracaqlar.

İspaniya seçməsinin baş məşqçisi Luis de la Fuente oyunla bağlı düşüncələrini bölüşüb: "Potensialımızı bilirik. Almaniyanın da imkanlarına bələdik. Bu matç demək olar ki, Avropa çempionatınını finalı kimidir. Almaniya oyunlara çox sürətli başlayır. Biz buna qarşılıq verməyə çalışacağıq. Biz də oyunun əvvəlindən üstünlüyü ələ keçirmək istəyirik. Belə qarşılaşmalarda daha az səhv edən tərəf qələbə qazanır".

Almaniyanın ev sahibi olması amilinə diqqət çəkən ispan mütəxəssis “Belə yarışlarda məkan amilinin o qədər də təsirli olduğunu düşünmürəm. Böyük təcrübəyə malik oyunçularımız var. Bu, öyrəşdiyimiz normal futbol mühiti olacaq. Həm də belə amillərin faydalı olub-olmadığını bilmirsiniz. Bəzən bu təzyiq ev sahibi komandaya qarşı ola bilər, çünki onlardan böyük bir gözlənti var. Əgər onlar matça yaxşı başlamasalar, bu amil onlara təzyiq göstərə bilər", - deyib.

Qeyd edək ki, İspaniya - Almaniya matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.