De la Fuente: "Ümid edirəm ki, maraqlı oyun olacaq"
İspaniya milli komandasının baş məşqçisi Luis de la Fuente Fransa ilə oyun haqqında fikirlərini bölüşüb.
Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis mətbuat konfransında rəqibin güclü tərəflərindən söz açıb: "Ilk olaraq demək istəyirəm ki, Fransa kimi çox qaçan komandaya qarşı ötürmələrdə diqqətli olmalıyıq. Bu, oyunun balansını qorumağın yeganə yoludur. Ötən gün Laminə dedim ki, 3 oyunçu ona təzyiq etsə, o zaman meydanın digər sahələribndə istədiyimiz boşluqları əldə edə bilərik. Biz topu oraya daşıyıb rəqibə təhlükə yaratmalıyıq. Bunu sürətli şəkildə reallaşdırmalıyıq. Meydanın hər bir sahəsində maksimum diqqətli olmalıyıq. Ümid edirəm ki, maraqlı oyun olacaq, amma hər zaman olduğu kimi hər şeyin kiçik detallardan asılı olacağını düşünürəm. Onların heyətində dünyanın ən güclü oyunçuları var. Biz də onlarda eyni səviyyədəyik".
Qeyd edək ki, 1/2 finalın İspaniya - Fransa dueli saat 23:00-da başlanacaq.