De Yonq "Barselona"da qalacaq

"Barselona" niderlandlı yarımmüdafiəçisi Frenki De Yonqla bağlı qərar verib.

Sportline.az xəbər verir ki, Kataloniya klubu 28 yaşlı futbolçuya 3 illik yeni müqavilə təklif edib.

Bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

Qeyd edək ki, F.De Yonqun hazırki sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.