Dembele Dünya çempionatı tarixinə düşdü

Fransa millisinin hücumçusu Usman Dembele 2026-cı il Dünya çempionatında Norveçə qarşı keçirilən qrup mərhələsi oyununda tarixi uğura imza atıb. 

Sportline.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, ulduz futbolçu 32 dəqiqə ərzində het-trik edərək mundial tarixinin ən sürətli ikinci het-trik müəllifi olub.  

Dembelenin bu göstəricisi yalnız 1954-cü ildə Çexoslovakiyaya qarşı 24 dəqiqəyə het-trik edən Avstriya futbolçusu Erik Probstdan geri qalır. Beləliklə, fransalı hücumçu 1986-cı ildə Polşaya qarşı 35 dəqiqəyə het-trik edən Qari Linekeri geridə qoyaraq ikinci pilləyə yüksəlib.  

Qeyd edək ki, Fransa Norveç üzərində 4:1 hesablı qələbə qazanıb və Dembelenin möhtəşəm çıxışı günün əsas hadisəsinə çevrilib.  

Dünya Çempionatı tarixində ən sürətli het-triklərin siyahısı:

1. Erik Probst (Avstriya) – 24 dəqiqə (1954)
2. Usman Dembele (Fransa) – 32 dəqiqə (2026)
3. Qari Lineker (İngiltərə) – 35 dəqiqə (1986)
4. Qerd Müller (AFR Almaniyası) – 38 dəqiqə (1970)
5. Qustav Vetterstrom (İsveç) – 44 dəqiqə (1938)

Banner