AVRO-2024: Deşam İspaniya millisini təriflədi
Bu gün Avropa çempionatının ilk finalçısı müəyyənləşəcək.
Sportline.az xəbər verir ki, 2/1 finalın ilk matçında İspaniya və Fransa milliləri üz-üzə gələcəklər.
Fransa millisinin baş məşqçisi Didye Deşam rəqiblə bağlı fikirlərini bölüşüb.
"İspaniya millisinin həmişə yaxşı yarımmüdafiə xətti olub. Onlar oyuna nəzarət etməyi bacarırlar. Bu çempionatdakı komandaları da əladır. Hər oyunda bunu isbatlayırlar", - deyə təcrübəli mütəxəssis rəqibin üstün cəhətlərini vurğulayıb.
Qeyd edək ki, İspaniya - Fransa matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.