Deyvis "Bavariya"nı rədd edib

"Bavariya"nın kanadalı futbolçusu Alfonso Deyvis klubdadan ayrılmaq qərarına gəlib.

Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, A.Deyvis "Bavariya"nın yeni müqavilə təklifini qəbul etməyib.

"Real Madrid" 24 yaşlı müdafiəçini mövsümün sonunda azad agent kimi transfer etməyə çalışacaq.

Qeyd edək ki, Deyvis "Real"da çıxış etmək üçün can atır.

O cari mövsüm çıxış etdiyi 23 matçda 1 qol və 3 asistlə yadda qalıb.