Dibala İstanbul nəhənginin hədəfində

“Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyo argentinalı ulduzun transferini rəhbərlikdən tələb edib.

Sportline.az “Sabah Spor” qəzetinə istinadən xəbər verir ki, “Fənərbağça” Dibalanın transferinin yanvar ayında həll olunması üçün çalışır.

“Fənərbağça”nın maliyə vəzyəti yaxşıdır. Qış transfer pəncərəsində Paulo Dibala üçün rəsmi təklif göndərəcəyi bildirilir.

Qeyd edək ki, Dibalanın transfer məğləbi 20 milyon avro olaraq göstərilir.