"Dinamo Moskva" 48 il sonra çempionluğa yaxındır
Rusiya Premyer Liqasında sona 2 tur qalmış çempionluq yaraşı davam edir.
Sportline.az xəbər verir ki, "Dinamo" dünən keçirilən oyunda "Baltika" səfərində vacib 3 xal qazanıb.
Matçın əsas vaxtını geridə tamamlayan "Dinamo" futbolçuları 90+3 və 90+9 -cu dəqiqədə vurduğu qollarla qələbə qazanıblar.3-2.
Bu qələbə ilə paytaxt təmsilçisi 53 xalla liderliyə yüksəlib. "Zenit" 51 xalla ikincidir. İlk üçlüyü 50 xalla Murad Musayevin "Krasnodar"ı qapıyır.
Qeyd edək ki, RPL-də mövsümün sonunda xallar eyni olarsa, komandaların öz aralarında keçirilən matçlar nəzərə alınacaq.