"Qarabağ"ın sabiq futbolçusu Türkiyə klubunda
“Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu karyerasını Türkiyədə davam etdirəcək.
Sportline.az xəbər verir ki, 31 yaşlı hücumçu “Kocaelispor” klubuna keçib. Bu barədə 1-ci liqa təmsilçisinin saytı məlumat yayıb. Cənubi afrikalı futbolçu ilə imzalanan müqavilənin detalları hələ ki açıqlanmayıb.
Ndlovu 2016-2018-ci illərdə “Qarabağ”da çıxış edib. O, 2018-ci ilin yanvarında Ağdam təmsilçisindən “Çjetszyan Qrintaun”a transfer olunub. Dino bir müddət əvvəl Çin klubu ilə yollarını ayırıb və hazırda azad agentdir.