Donnaruma Mançester klubuna keçə bilər

"Paris Sen-Jermen"in italiyalı qapıçısı Canluici Donnaruma karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az jurnalist Qreymi Beylinin məlumatına istinadən xəbər verir ki, "Mançester Siti" Donnarumanı transfer etməyi planlaşdırır.

26 yaşlı kiperin dəyəri 40 milyon avrodur. "Mançester Siti" bu məbləği PSJ-yə ödəməyə hazırdır. Lakin son qərarı Paris klubu verəcək.

Qeyd edək ki, Donnaruma klubdan ayrılmağa istəklidir.