Donyo "Apollon"da qol hesabını açdı
"Neftçi"dən Kiprin "Apollon" klubuna keçən Qodsvey Donyo yeni komandasında qol hesabını açıb.
Sportline.az xəbər verir ki, qanalı forvard "Karmiotissa"ya qarşı keçirilən ev oyununda hesabı açıb. Donyo 21-ci dəqiqədə fərqlənərək, komandasını önə keçirib.
Görüş "Apollon"un məğlubiyyəti ilə başa çatıb - 3:4.
Donyo ötən ay "Neftçi"dən "Apollon"a keçib.