Droqba Avropaya qayıdır
Daha çox “Çelsi” və “Qalatasaray”dakı çıxışı ilə tanınan Didye Droqba yenidən Avropaya qayıtmağa yaxındır. Hazırda Kanadanın “Monreal” klubunun şərəfini qoriyan kotdivuarlı hücumçu ilə “Napoli” maraqlanır. Neapollular zədə üzündən yarım il meydana çıxa bilməyəcək Arkadiuş Miliki onunla əvəzləmək istəyindədirlər. Afrikalı futbolçu yaşına rəğmən yaxşı formadadır. 38 yaşlı forvard bu il meydana çıxdığı 22 oyunda rəqib qapılarına 10 qol vurub.