Droqbadan maraqlı transfer
Yaxın keçşişin parlaq ulduzlarından olan Didye Droqba karyerasını bitirmək niyyətindən uzaqdır. Sportline.az xəbər verir ki. kotdivuarlı futbolçu ABŞ-ın "Sietl Rayzin" klubu ilə müqavilə bağlayıb. Transferin maraq doğuran məqam odur ki, Droqba ABŞ-ın aşağı liqası sayılan USL-də çıxış edən klubun eyni zamanda sahiblərindən biridir. Xatırladaq ki, Didye Droqba daha çox "Çelsi"dəki çıxışı ilə futbolsevərlərin rəğbətini qazanmışdı.