Dünya çempionatı: Hacı Əliyev yarımfinalda məğlub olub

Azərbaycanın titullu sərbəst güləşçisi Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksələ bilməyib.

Sportline.az xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu yarımfinalda Rəhman Amuzadxəliliyə (İran) uduzub.

Əliyev sabah bürünc medal uğrunda qarşılaşmaya qatılacaq.

61 kq-dakı İslam Bazarqanovun 1/8 finalda uduzduğu Reza Ahmadali Atreqanarçi (İran) finala yüksəldiyindən Azərbaycan təmsilçisi təsəlliverici görüşdə iştirak hüququ əldə edib.