Dünya çempionatı tarixinə düşdülər

Xorvatiya millisinin üzvləri Luka Modriç və İİvan Perişiç Dünya kuboku tarixində birlikdə ən çox oyuna çıxan komanda yoldaşları rekorduna şərik olublar.

Sportline.az "Marca" nəşrinə istinadən xəbər verir ki, təcrübəli futbolçular mundiallarda birlikdə keçirdikləri 20 oyunla rekord göstəriciyə imza atıblar.

Siyahıda ilk üçlük belədir:

1. Luka Modriç & İvan Perişiç — 20 oyun

2. Qrzeqorz Lato & Vladyslav Zmuda — 20 oyun

3. Filipp Lahm & Bastian Şvaynştayger — 19 oyun

Xorvatiyalı ulduzlar bununla da Dünya Kuboku tarixinin ən yaddaqalan tandemlərindən biri olduqlarını bir daha təsdiqləyiblər.

Banner