DÇ: Almaniya və Hollandiya qalib gəldi

Yaponiyada qadın voleybolçuların Dünya çempionatı davam edir. SportLine.az xəbər verir ki, bu gün yarışda 3-cü tur start götürəcək. Oyun günündə 6 qarşılaşma keçiriləcək.

Matçlar "A" və "D" qruplarında olacaq.

Qeyd edək ki, "C" qrupunda mübarizə aparan Azərbaycan növbəti oyununu sabah çıxacaq. Rəqib Rusiya voleybolçuları olacaq.


01 oktyabr 2018
Voleybol, DÇ-2018
3-cü tur

"A" qrupu

Almaniya - Argentina - 3:0 (25:21 | 34:32 | 25:18)

Hollandiya - Kamerun - 3:0 (25:16 | 26:24 | 25:18)

Meksika - Yaponiya - 0:3 (15:25 | 15:25 | 15:25)

"D" qrupu

Dominikan Respublikası - Qazaxıstan - 3:0 (25:22 | 25:15 | 25:19)

Puerto Riko - Kenya - 3:0 (25:20 | 25:22 | 25:15)

Serbiya - Braziliya - 3:0 (25:21 | 25:18 | 25:19)