Dünya çempionatının ev sahibi bilindi
Boks üzrə 2021-ci il dünya çempionatının ev sahibi müəyyənləşib.
Sportline.az Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) rəsmi saytına istinadən xəbər verir ki, DÇ-2021 Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək. Yarışın dəqiq tarixi ilə bağlı daha sonra açıqlama veriləcək.
Əslində, dünya çempionatı Yeni Dehlidə keçirilməli idi. Ancaq Hindistan AIBA qarşısındakı öhdəliklərini yerinə yetirmədiyindən, ev sahibliyindən məhrum edildi. Yeni Dehli buna görə 500 min dollar cərimələnib.