Dünya çempionları milli komandaya məşqçi təyin olundular
Kikboks üzrə Azərbaycan milli komandasına təyinatlar olub.
Sportline.az xəbər verir ki, Peşəkar kikboksinq üzrə milli komandanın baş məşqçisi Elşən Abdulrəhimov, onun köməkçisi isə Anar Lalayev təyin olunub. Həvəskar kikboksinq üzrə millimizin baş məşqçisi isə Çingiz Eyvazov olacaq.
Doqquz şəxsə isə federasiyanın böyük məşqçisi vəzifəsi tapşırılıb.
Bunlar əsas millidə Telman Məhərrəmov (K-1), Hikmət Hacıyev (loukik), Gündüz Məmmədov (Full-kontakt), Fuad Zeynalov (kik-layt, layt-kontakt), gənclərdən ibarət yığmada Ceyhun Abbasov (K-1), Albert Qəribov (loukik), Anar Lalayev (full-kontakt), Müşfiq Hüseynli (kik-layt, layt-kontakt) və yeniyetmə/kadetlər arası millidə Əli Cəfərlidir (bütün üslublar).