Dünya çempionumuz əməliyyat olundu

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının üzvü, dünya və Avropa çempionu Ülvü Qənizadə əməliyyat edilib.

Sportline.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Çiyin nahiyyəsindən uğurlu əməliyyat keçirən güləşçimiz 1 ay sonra fərdi, 3 ay sonra isə kollektiv məşqlərə qoşula biləcək.

Bildirilib ki, Qənizadə 4-6 aydan sonra yarışlarda iştirak edə bilər.