Türkiyə futbolunda ilk: Ər-arvad eyni matçı idarə edəcək
Kuryoz hadisələrlə gündəmə gələn Türkiyə futbolu yenidən diqqət çəkib.
Sportline.az xəbər verir ki, Türkiyə futbolunda bir ilk yaşanacaq.
Belə ki, TFF 1-ci Liqada "Ankaragücü" - "Gənclərbirliyi" matçını idarə edəcək hakimlər briqadasında evli cütlük də olacaq. Onlar Burak Pakkan və Qamze Durmuş Pakkan cütlüyüdür.