Dünya futbolunda inqilab: DÇ-2026-da 104 oyun olacaq
FIFA-nın 2026-cı il dünya çempionatı üçün yenidən işlənmiş formatı təsdiqləyəcəyi bildirilir.
Sportline.az xəbər verir ki, yeni formata əsasən yarış 39 gün ərzində 104 oyuna qədər artırılacaq.
Qeyd edək ki, mundiala ABŞ, Kanada və Meksika birgə ev sahibliyi edəcək.