Dünya Kuboku: Gimnastımız finala vəsiqə qazandı

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Milli Gimnastika Arenasında keçirilən Dünya Kubokunda finala vəsiqə qazanıb.

Sportline.az xəbər verir ki, idmançı lentlə hərəkətlərdə təsnifat mərhələsini 21.275 xalla altıncı yerdə başa vurub.

Ağamirova gürzlərlə 23.00 xal yığıb və 17-ci ola bilib.

Arzu Cəlilova lentlə 38-ci (17,550 xal), gürzlərlə (21,650 xal) 29-cu yeri tutub.

Qeyd edək ki, finala vəsiqəni ilk "8-liy"ə düşənlər qazanırlar. Daha əvvəl qrup hərəkətləri üzrə komanda 5 topla hərəkətlərdə həlledici mərhələyə yüksəlib.