Dünya Kuboku: İlk gündə 1 gümüş medal

Azərbaycanlı paralimpiyaçılar Pauerliftinq üzrə Dünya kuboku yarışlarında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə yola düşüblər.

Milli Paralimpiya Komitəsindən SportLine.az saytına verilən məlumata görə, yarışların ilk günündə 49 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan yığmasının üzvü Pərvin Məmmədov 145 kq ağırlığı qaldıraraq gümüş medal qazanıb.