Dünya kubokuna qələbə ilə başladıq

İranın İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə  Dünya Kuboku turnirinə start verilib.Sportline.az xəbər verir ki,  A qrupunda yer alan Azərbaycan seçməsi ilk görüşüdə Rusiya millisi ilə qarşılaşıb. Görüş 4:4 hesablı heç-heçə ilə yekunlaşıb. Lakin xalların keyfiyyətinə görə 32:29 hesabı ilə öndə olan Firdovsi Umudovun baş məşqçi olduğu komanda görüşü qalib başa vurub. 

Azərbaycan güləşçilərindən Əli Rəhimzadə, Hacı Əliyev, Cəbrayıl Həsənov və Camaləddin Məhəmmədov görüşlərini qələbə ilə başa vurub.  

Azərbaycan - Rusiya - 4:4

57 kq. Artyom Gebekov (Rusiya) - Georgi Edişeraşvili (Azərbaycan) - 5:2

61 kq. Əli Rəhimzadə (Azərbaycan)* - Camal Otarsultanov (Rusiya) - 6:6

65 kq. Hacı Əliyev (Azərbaycan) - Alan Qoqayev (Rusiya) - 2:1

70 kq. Maqomedhabib Kadimaqomedov (Rusiya) - David Suynuçxanov (Azərbaycan) - 10:6

74 kq. Cəbrayıl Həsənov (Azərbaycan) - Radik Valiyev (Rusiya) - 6:2

86 kq. Vladislav Valiyev (Rusiya) - Şərif Şərifov (Azərbaycan) - 2:1

97 kq. Rəsul Maqomedov (Rusiya) - Nurmaqomed Hacıyev (Azərbaycan) - 2:1

125 kq. Cəmaləddin Məhəmmədov (Azərbaycan) - Vladislav Baytsayev (Rusiya) - 1:8

İlk turda qrupun digər görüşü Gürcüstan və ABŞ milliləri arasında keçiriləcək.

B qrupunda isə İran, Türkiyə, Hindistan və Monqolustan komandaları yer alıb.

Yarışın proqramına əsasən, bu gün qrup, 17 fevralda isə final mərhələsinin görüşləri olacaq.

Qeyd edək ki, Azərbaycan sərbəst güləşçiləri indiyədək iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.