Dünya şahmat tacı uğrunda mübarizədə bərabərlik

Dünya şahmat tacı uğurunda mübarizə davam edir. SportLine.az xəbər verir ki, Rusiyalı Sergey Karyakin və Norveçli Maqnus Karlsenin duelində 5-ci oyun da bərabərliklə yekunlaşıb. 

Beləliklə, Nyu-Yorkda keçirilən görüşdə 5 turdan sonra bərabərlik davam edir - 2,5:2,5.

Bu gün oynanılacaq növbəti partiyada Karyakin ağ fiqurlarla oynayacaq.

Qeyd edək ki, mübarizə 12 görüşdən ibarətdir.