Dünyanın ən məhsuldar liqalarından birində mövsüm start götürür
Dünyanın ən məhsuldar liqalarından sayılan Sinqapur çempionatında yeni mövsüm bu gün başlanır.
Sportline.az xəbər verir ki, Sinqapur Liqası bugün keçirilən 2 oyunla start götürəcək.
Turun ilk oyununda "Balestier Xalsa" doğma meydanda "Qeylanq" ilə görüşəcək.
Digər oyunda isə "Hoqanq" "Lion Siti" ilə münasibətləri aydınlaşdıracaq.
Hər iki oyunun başlama vaxtı saat 15:45-ə təyin olunub.
Qeyd edək ki, ötən mövsüm Sinqapur Liqasında 24 tura 904 qol vurulub.Bu, o deməkdir ki, 10 komandalı liqada hər həftə ortalama olaraq 37 qol qeydə alınıb.