Duqlas Luiz Mersisayd klubuna keçə bilər

"Yuventus"un brazilyalı futbolçusu Duqlas Luiz karyerasını "Everton"da davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Give Me Sport" nəşri məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi daha çox oynayacağı kluba transfer olmaq istəyir. Bu səbəbdən "Yuventus"da ayrılmağa isti yanaşır.

Qeyd edək ki, Duqlas Luizin transfer qiyməti 30 milyon avrodur.