Dursun Özbek: “May ayı bizimdir, bizim olacaq”

“Qalatasaray”ın prezidenti Dursun Özbek mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Sportline.az “Ajansspor” saytına istinadən xəbər verir ki, Özbek bu mövsüm də Türkiyə Liqasını qazanacaqlarını bildirib.

“Heç kim narahat olmasın. Son 2 ildir ki, Türkiyə çempionu adına biz layiq görülmüşük. Bu mövsüm də may ayında biz çempion olacayıq. Hər zaman bizim sloqanımız olan sözü yenidən təkrar edirəm. May ayları bizimdir, bizim olacaq”, - deyə Dursun Özbek bildirib.

Qeyd edək ki, “Qalatasaray” 22 xalla Türkiyə çempionatına başçılıq edir.