Dvalişvilidən iddialı açıqlama
UFC-nin yüngül çəkidə reytinq favoriti Merab Dvalişvilini qarşıda çətin döyüş gözləyir.
Sportline.az xəbər verir ki, gürcü idmançı yüngül çəkinin çempionu Şon Omelli ilə münasibətləri aydınlaşdırmalıdır.
Bu ərəfədə Dvalişvili rəqiblə bağlı fikirlərini bölüşüb.
"Şon yaxşı döyüşçüdür. İstedadlı olsa da, onu sındırmağı bacararam. Mən uğura acam. Kəmərə sahiblənmək üçün günləri sayıram", deyə Merab "UFC 306 Countdown"a açıqlamasında bildirib.
Qeyd edək ki, Dvalişvili keçirdiyi 21 döyüşdən 17-də, Omelli isə 18 qarşılaşmadan 17-də qələbə qazanıb.