Ederson "Mançester Yunayted"ə keçir

"Atalanta"nın futbolçusu Ederson karyerasını "Mançester Yunayted"də davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Matteo Moretto məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçi bu mövsüm meydana çıxdığı 39 matçda 2 qol, 1 asistlə yadda qalıb.

Qeyd edək ki, sözügedən oyunçunun dəyəri 40 milyon avrodur.