Əfsanələrin görüşü: Rusiya - Türkiyə matçında Səmədov da fərqləndi

Moskvada futbol əfsanələrinin kubok turniri keçirilir.

Sportline.az xəbər verir ki, "keçmişin qəhrəmanları, bu günün əfsanələri" devizi altında təşkil edilən yarışda Rusiyanın əfsanəvi futbolçuları Türkiyənin veteranları ilə qarşılaşıblar.

Türkiyə komandasında Tuncay Şanlı, Hasan Kabze, Mehmet Aurelio, Ali Güneş, Sabri Sarıoğlu, Hakan Ünsal, Ayhan Akman, Rusiya seçməsində isə Aleksandr Filimonov, Viktor Onopko, Oleq Kornauxov, Sergey İqnaşeviç, Dinyar Bilyaletdinov, Aleksandr Səmədov, Konstantin Qolovskoy, Andrey Karyaka, Eqor Titov, Dmitri Aleniçev ve Pavel Poqrebnyak mübarizə aparıb.

Görüşdə Rusiya komandası 6:4 hesabı ilə qalib gəlib.