Əfsanəvi baş məşqçi Rumıniya millisinin sükanı arxasına keçib

Rumıniya millisinin yeni baş məşqçisi bəlli olub.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, Avropa təmsilçisinə bundan sonra 79 yaşlı mütəxəssis Mirçea Luçesku rəhbərlik edəcək.

Son olaraq 2020-2023-cü illərdə "Dinamo Kiyev"i çalışdıran təcrübəli mütəxəssis 38 il sonra ölkəsinin millsinə geri qayıdıb.

Qeyd edək ki, karyerası ərzində "Zenit", "Şaxtyor Donetsk", "Beşiktaş", "Rapid Buxarest" kimi komandaları çalışdıran Luçesku 2000/2001 mövsümündə "Qalatasaray" ilə Uefa Super Kubokunu qazanıb.