"Əl Hilal" Super Kubokun qalibi oldu

Səudiyyə Ərəbistanı Super Kubokunda "Əl Nəssr" və "Əl Hilal" komandaları qarşı qarşıya gəliblər.

Sportline.az xəbər verir ki, Abha şəhərində keçirilən görüş "Əl Hilal" komandasının 4-1 hesablı qələbəsi ilə başa çatıb.

Nominal qonaqların qələbə qollarını Mitroviç (2), Milinkoviç Saviç və Malkom vurub. "Əl Nəssr"in yeganə qolunun müəllifi Kristiano Ronaldo olub.

Qeyd edək ki, "Əl Hilal" klubu tarixində 5-ci dəfə bu titula yiyələnib.