“Əl-Hilal”ın futbolçusu “Fənərbağça”nın radarına düşüb

“Əl-Hilal”ın serbiyalı futbolçusu Aleksander Mitroviç yanvar ayında “Fənərbağça” klubuna transfer olacağı gözlənilir.

Sportline.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki, “Fənərbağça” klubunun rəhbərliyi A.Mitroviçi transfer etməkdə israrlıdır. İstanbul klubunun rəsmiləri Mitroviçin meneceri ilə danışıqlara başlayıb.

“Əl-Hilal” klubu Mitroviç üçün “Fənərbağça”dan 30 milyon avro tələb edir.

Qeyd edək ki, Mitroviçin “Əl-Hilal” ilə müqaviləsi 2026-cı ilin iyun ayında başa çatacaq.

30 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 18 matçda 18 qol və 3 asistlə yadda qalıb.