"El-Klasiko"nun vaxtı müəyyənləşdi
Növbəti "El-Klasiko"nun vaxtı açıqlanıb.
SportLine.az "Marca"ya istinadən xəbər verir ki, İspaniya La Liqasının 36-cı turuna təsadüf edəcək "Barselona" - "Real" görüşü Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
Qeyd edək ki, "Santyaqu Bernabeu"dakı cari mövsümün ilk duelində "Barselona" qələbə qazanıb - 3:0.