"Əl-Nəsr" Ronaldodan tam asılı deyil"
"Əl-Nəsr"in baş məşqçisi Rudi Qarsiya bildirib ki, komand Kriştiano Ronaldodan tam asılı deyil.
Sportline.az xəbər verir ki, bu barədə o, Səudiyyə Ərəbistanı çempionatının 15-ci turunda “ Əl-Fateh”lə oyundan (2:2) sonra söyləyib. Portuqaliyalı hücumçu 90+3 dəqiqədə penaltini dəqiq yerinə yetirərək komandasının bərabərlik qolunu vurub.
"Kriştiano Ronaldonun qolu üçün xoşbəxtəm, ancaq Anderson Taliskanın qırmızı vərəqəsinə görə təəssüflənirəm. Taliskasız matçlarda qalib gəldik və Ronaldodan tam asılı deyilik" - deyə mütəxəssis bildirib.